• Bakı C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Tanınmış futbolçunun xanımı Türkiyədə qəzaya düşdü

DÜNYA

02 Mart 2026 | 21:20

Tanınmış futbolçunun xanımı Türkiyədə qəzaya düşdü

“Fənərbaxça”nın portuqaliyalı müdafiəçisi Nelson Semedonun həyat yoldaşı yol qəzasına düşüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Yavuz Sultan Səlim körpüsündə baş verib.

Məlumata görə, futbolçunun həyat yoldaşı Marlene Alvarenqanın olduğu mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Sürücü və qadının səhhətlərinin stabil olduğu qeyd olunub.


SON XƏBƏRLƏR