• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir

DÜNYA

01 Aprel 2026 | 19:41 | Müəllif: Subhan Mahmudov

Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir

Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.

"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o bildirib.

"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Ermənistanın Baş naziri əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026