İran cəmiyyəti ABŞ diplomatiyasına inamsızlıq fonunda ABŞ ilə danışıqların aparılması imkanını müzakirə etməyə hazır deyil.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Misirin "Al Masry Al Youm" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədə 2025-ci ilin iyun və 2026-cı ilin fevral aylarında keçirilmiş əvvəlki danışıqlar raundlarının nəticələrini xatırlayırlar.
"İran cəmiyyəti ABŞ ilə danışıqları və ya diplomatiyanı müzakirə etməyə hazır deyil, çünki iyun və fevral aylarında keçirdiyimiz iki danışıqlar raundu ilə nə baş verdiyini bilirlər. Buna görə də dünyada heç kim artıq ABŞ diplomatiyasına etibar edə bilməz. Onlar diplomatiya və danışıqlardan yalnız öz iradələrini yeritmək və ya güc tətbiq etmək üçün müqəddimə kimi istifadə edirlər", - Bəqai deyib.
Bakı 




