• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Evlənənlərin 56 faizi boşanır - Deputatdan HƏYƏCAN TƏBİLİ

CƏMİYYƏT

03 Mart 2026 | 12:07

Evlənənlərin 56 faizi boşanır - Deputatdan HƏYƏCAN TƏBİLİ

Bakıda qeydə alınan nikahların təxminən 56 faizi boşanma ilə nəticələnir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

O vurğulayıb ki, bu statistika göstərir ki, hər 100 nikahdan 56-sı bir il keçməmiş pozulur, yəni cütlüklər arasında ailə həyatının sabitliyi qısa müddətdə pozulur.

Fazil Mustafa həmçinin bildirib ki, boşanmaların artması ilə bağlı bir çox sosial və iqtisadi problem meydana çıxır. Xüsusilə aliment ödənişləri və uşaqların hüquqlarının qorunması məsələləri ciddi narahatlıq doğurur. O qeyd edib ki, valideynlər arasında razılığın olmaması, alimentlərin vaxtında ödənilməməsi uşaqların sosial təminatına mənfi təsir göstərir və ailə institutuna inamı zəiflədir.

Deputat təklif edib ki, boşanmaların səbəblərinin sistemli araşdırılması və ailədaxili mübahisələrin qarşısının alınması məqsədilə mediasiya şurasına əlavə səlahiyyətlər verilsin. Bu tədbir çərçivəsində cütlüklərin nikahın davam etdirilməsi və ya münaqişələrin sülh yolu ilə həllinə yönəldilməsi üçün professional dəstək təmin edilə bilər.

O, həmçinin vurğulayıb ki, mediasiya institutu vasitəsilə cütlüklərin psixoloji və hüquqi dəstək alması, boşanmaların səbəblərinin öncədən müəyyənləşdirilməsi və mübahisələrin təkrar yaranmasının qarşısının alınması mümkündür.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

02 Mart 2026