• Bakı 23° C

    6.99 m/s

İranla ticarət dövriyyəsi 2 % artıb

İQTİSADİYYAT

03 Mart 2026 | 12:51

İranla ticarət dövriyyəsi 2 % artıb

Bu ilin yanvar ayında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 57 milyon 132 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,6 %-i qədər olub.

İl ərzində Azərbaycanın İrana ixracının dəyəri 57 % artaraq 960 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 1,5 % artaraq 56 milyon 172 min ABŞ dolları olub.

Ay ərzində İrana ixrac ümumi ixracın 0,04 %-ni, İrandan idxal isə ümumi idxalın 4,3 %-ni təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026