Bu il fevral ayının 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 15 milyard 948.9 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici son bir ayda 1 faiz və ya 157,4 milyon manat azalıb, son bir ildə isə 8,4 % və ya 1 milyard 239 milyon manat artıb.
Qeyd edək ki, cari ilin 1 fevral tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 347 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 245.6 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 695.2 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 661.1 milyon manata bərabər olub.
Bakı 




