“Təcili tədbirlər görülməsəydi, İran Amerikanı hədəfə ala bilərdi”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News"a verdiyi müsahibədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O, ölkəsinin və ABŞ-nin İrana və onun nüvə proqramına qarşı başlatdığı hücumu izah edərək bildirib:
“Əgər indi heç bir tədbir görülməsəydi, gələcəkdə də heç bir tədbir görülə bilməzdi”.
Netanyahu onu da əlavə edib ki, 12 günlük müharibədən, eləcə də 2025-ci ilin iyun ayında İrandakı obyektlərə İsrail-Amerika hücumlarından sonra iranlılar bir neçə ay ərzində ballistik raket proqramlarını və nüvə silahı proqramlarını toxunulmaz hala gətirəcək yeni obyektlər, yeraltı bunkerlər tikməyə başlayıblar:
"Onlar Amerikanı hədəfə ala bilərdilər”.
Aydın Baxış
Bakı 




