• Bakı C

    9.11 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Xaçmaz və Şabran sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10-dan...

CƏMİYYƏT

03 Mart 2026 | 14:32

Xaçmaz və Şabran sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10-dan...

Sabah Şabran və Xaçmazın bəzi ərazilərində qaz kəsiləcək.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, Şabran Xidmət Sahəsinin Zeyvə xətti adlanan diametrli 219 mm-lik orta təzyiqli qaz kəmərində balans ölçü qovşağının quraşdırıması ilə əlaqədar olaraq 04.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatı dayandırılan müddətdə 9 kənd olmağla ( Zeyvə, Gilavar, Pirəbədil, Zöramlı, Sumağa, Dağbilici, Mumlu, Qorğan, Sumaqova) ümumilikdə 999 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, Xaçmaz Xidmət Sahəsinin Xudat ərazisi olan İsti Su qəsəbəsi istiqamətində çəkilmiş diametrli 108 mm-lik qaz xəttinin mövcud olan şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 04.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə İsti Su qəsəbəsi, Nizami, H.Aslanov və S.Vurqun küçələri olmaqla ümumilikdə 1081 abonentin qaz təchizatında fasilə yaranacaq.


SON XƏBƏRLƏR

05 Mart 2026