Fevralın 28-dən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Xəbərə görə, ölənlərin 170 nəfərdən çoxu uşaq və yeniyetmədir.
Bildirilib ki, İranın 153 rayonunda təxminən 1039 hava hücumu qeydə alınıb, ən azı 504 obyektə ziyan dəyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Bakı 




