“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin xüsusən də ölkəsinin böyüklüyünü nəzərə alsaq, Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasport sahiblərinin Ermənistan seçkilərində iştirakına icazə vermədiyini bilsəydi, bunu gündəmə gətirmək istəməzdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinlə rusiyalı iş adamı Samvel Karapetyanın parlament seçkilərində iştirakı ilə bağlı söhbəti barədə jurnalistlərə deyib.
“O, tam məlumatlandırılmamışdı, mən ona müvafiq məlumatları çatdırdım”, - baş nazir əlavə edib.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. Ona qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.
Həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı seçkilərdə iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl olan Karapetyan bu baxımdan, qanunvericiliyə müvafiq düzəlişin edilməsi üçün parlament müxalifətinin dəstəyinə ümid edir.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək./Teleqraf
Bakı 




