q
  • Bakı 15° C

    9.14 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

“Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”

DÜNYA

02 May 2026 | 10:14

“Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”

“ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdə (Florida ştatı) yerli “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.

ABŞ Silahlı Qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki İran tankeri - “Majestic” və “Tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.

“Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.


SON XƏBƏRLƏR

01 May 2026