• Bakı 21° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu ölkələr Çin təcavüzünə hazırlaşır

DÜNYA

01 Iyun 2026 | 09:03

Bu ölkələr Çin təcavüzünə hazırlaşır

Hind-Sakit okean ölkələri Çinin mümkün təcavüzü qarşısında ABŞ-ın regiondakı müttəfiqlərinə "xəyanət edəcəyindən" ehtiyat etdikləri üçün yenidən silahlanmanı sürətləndirir və öz aralarında müdafiə sahəsində əməkdaşlığı genişləndirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik forumunun nəticələrinə istinadla məlumat yayıb.

"Forum zamanı ABŞ-ın hərbi naziri Pit Heqset müttəfiqləri regionun təhlükəsizliyində daha fəal rol almağa çağırıb. Eyni zamanda, bir çox iştirakçılar Vaşinqtonun diqqətinin başqa böhranlara, xüsusən də İran ətrafındakı vəziyyətə yönəldilməsi potensialından narahat olduqlarını bildiriblər. Bu cür narahatlıqlara cavab verən Pentaqon rəhbəri "Biz eyni anda iki işi görə bilərik" deyə bildirib.

Bununla belə, region ölkələrinin nümayəndələri ənənəvi Amerika təhlükəsizlik sistemindən kənarda öz müdafiə qabiliyyətlərini gücləndirmək və öz aralarında əməkdaşlığı dərinləşdirmək üçün artıq çalışdıqlarını vurğulayıblar",- məlumatda deyilib.

Filippinin müdafiə naziri Gilberto Teodoro nəşrə vurğulayıb ki, forum iştirakçıları öz milli ordularını tez bir zamanda gücləndirmək istəyində yekdildirlər:

"Manila Yaponiya, Avstraliya, Kanada və Yeni Zelandiya ilə hərbi əlaqələri genişləndirir".

Agentlik qeyd edib ki, Yaponiya yeni regional təhlükəsizlik arxitekturasında xüsusi rol oynamağa çalışır.


SON XƏBƏRLƏR

31 May 2026