• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Azərbaycan Xorvatiya şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək

İQTİSADİYYAT

03 Mart 2026 | 14:07

Azərbaycan Xorvatiya şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları çərçivəsində imzalanıb.

    Sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə "Energia Naturalis d.o.o" şirkətinin İdarə Heyətinin sədri Bostjan Napast arasında imzalanıb. (Apa)


    SON XƏBƏRLƏR