Gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxu sağlamlıq üçün faydalıdır .olduğunu açıqlayıblar.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu semnoloqlar bildirib.
Onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanından istifadə etmək məqsədəuyğundur. İdeal variant kimi gündüz yuxusu zamanı da yuxu gigiyenası qaydalarına əməl olunmalı, qaranlıq və səssiz mühitdə dincəlmək təmin edilməlidir.
Bununla belə, uyğun şərait mövcud olmadığı halda kresloda beş dəqiqəlik qısa mürgü orqanizmin bərpasına müsbət təsir göstərir.
Somnoloqlar qeyri-ideal mühitdə yuxuya getməyi asanlaşdırmaq üçün qulaq tıxacları və yuxu maskasından istifadəni tövsiyə edirlər.
Bakı 




