Cəlilabad şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.
Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Bakı 




