• Bakı 14° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Bakı-Sumqayıt yolunda dəmir arakəsmə ÖLÜM SAÇIR - FOTO

CƏMİYYƏT

02 Aprel 2026 | 16:14

Bakı-Sumqayıt yolunda dəmir arakəsmə ÖLÜM SAÇIR - FOTO

Bakı-Sumqayıt yolunda, “Abşeron” Gənclər şəhəricyinin qarşısında dəmir arakəsmə təhlükə saçır.

Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə həmin hissədə avtomobil qəzası baş verib və nəticədə dəmir arakəsmə yararsız hala düşüb. Belə ki, arakəsmənin dirəkləri önə əyilərək, ən azı 50-60 santimetr qabağa çıxıb. Bu isə sürücülər üçün olduqca böyük təhlükə, risk vəd edir.

Avtomobil idarə etmək bəzən millimetrlə ölçülür. Belə olan halda arakəsmənin 50-60 sm önə əyilməsi ciddi problemlər yaradır. Bir neçə aydır ki, vəziyyət olduğu kimi qalır, aidiyyəti qurumlar buna dair əməli addımlar atmırlar. Hətta bu günlərdə həmin arakəsmə ağır qəzaya səbəb olub.

Aydın Baxış


SON XƏBƏRLƏR