• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Hərbçilərimiz "EFES-2026"ya hazırlaşır

CƏMİYYƏT

02 May 2026 | 13:22 | Müəllif: Əli Hüseynov

Hərbçilərimiz "EFES-2026"ya hazırlaşır

Türkiyədə Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.

Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.

Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026