• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Daha iki marşrut üzrə avtobuslar yenilənib

CƏMİYYƏT

01 Iyun 2026 | 12:33

Daha iki marşrut üzrə avtobuslar yenilənib

Bakının Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini "Koroğlu" NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.

161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.


SON XƏBƏRLƏR

31 May 2026