• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Xaricdə oxuyan tələbələrimiz üçün quru sərhədlər AÇILACAQMI?

CƏMİYYƏT

01 Iyun 2026 | 11:34

Xaricdə oxuyan tələbələrimiz üçün quru sərhədlər AÇILACAQMI?

Universitetlərdə imtahanların başlaması ilə xaricdəki azərbaycanlı tələbələrin yay tətili həyəcanı start götürüb. Lakin builki qayıdış da təyyarə biletlərinin yüksək qiymətləri səbəbindən gənclər üçün əsl sınağa çevrilməkdədir. Vətənə gəlmək istəyən yüzlərlə tələbənin gözü indi quru sərhədlərindədir.

Dövlətin xaricdə təhsil alan vətəndaşları üçün sərhəd qapılarını xüsusi şərtlərlə açma ehtimalı varmı?

Bakıvaxtı.az-a danışan deputat Fazil Mustafa məsələyə münasibət bildirib:

"Mən quru sərhədlərinin, xüsusilə tələbələr üçün açılmasının tərəfdarıyam və bunu dəfələrlə bəyan etmişəm. Hesab edirəm ki, hökumət bu məsələyə daha həssas yanaşmalıdır. Çünki hazırda çox sayda tələbə ölkəyə gediş-gəlişdə böyük çətinliklərlə qarşılaşır".

Müsahibimizin sözlərinə görə, bu səbəbdən, xüsusilə müalicə üçün xaricə gedən xəstələr və tələbələr üçün quru sərhədlərindən keçid imkanı yaradılmalıdır.

Fazil Mustafa: Tələbənin dövlət üçün hər hansı bir təhlükə yaratması real deyil

Deputat qeyd edib ki, artıq Bakı-Tbilisi qatarı fəaliyyətə başlayıb və Gürcüstan istiqamətində gediş-gəliş problemi həllini tapıb. Analoji addımı digər ölkələrlə sərhəddə də atmaq olar.

"Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi anlaşılandır, lakin rəsmi tələbə biletini təqdim edən bir gəncin keçidinə niyə icazə verilməsin? Tələbənin dövlət üçün hər hansı bir təhlükə yaratması real deyil. Məhz buna görə də aidiyyəti qurumlar məsələni ciddi şəkildə nəzərdən keçirməli və tələbələrə lazımi şərait yaratmalıdırlar", - deyə Fazil Mustafa qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

31 May 2026