Rusiya Azərbaycana araq tədarükünü 42% artırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu proqnozla Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi çıxış edib.
Məlumata görə, “2026-cı ilin ilk dörd ayında Rusiya Azərbaycana 2,2 milyon dollardan çox dəyərində 900 tondan çox araq göndərib. Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac çəki baxımından 42%, dəyər baxımından isə 55% artıb”.
Qeyd olunur ki, bu, təqvim ilinin dörd ayının nəticələrinə əsasən son on ildə ən yüksək göstəricidir.
Bakı 




