• Bakı 10° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Elşən Həsənli Təklə kənd sakinləri ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

02 Aprel 2026 | 16:36

Elşən Həsənli Təklə kənd sakinləri ilə görüşdü - FOTOLAR

Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Kürdəmi RİH başçısı Elşən Həsənli rayonun Təklə kənd sakinləri ilə görüşüb.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini və şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Elşən Həsənli rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.  


SON XƏBƏRLƏR