• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Tramp İranda hakimiyyət dəyişikliyi planlaşdırır - İDDİA

DÜNYA

03 Mart 2026 | 21:24

Tramp İranda hakimiyyət dəyişikliyi planlaşdırır - İDDİA

ABŞ Prezidenti Donald Trampın İrandakı mövcud hakimiyyəti devirmək üçün yerli müxalifət qüvvələrinə genişmiqyaslı dəstək verməyi planlaşdırdığı iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinə adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri artıq martın 1-də İran-İraq sərhədində cəmləşən kürd qruplaşmalarının nümayəndələri ilə məxfi danışıqlar aparıb.

Mənbənin məlumatına görə, Vaşinqton Tehranın hazırkı zəifliyindən istifadə edərək hakimiyyət dəyişikliyinə nail olmaq üçün digər yerli liderlərlə də əməkdaşlıq variantlarını nəzərdən keçirir. Hərbi ekspertlər İsrail ordusunun (IDF) İranın qərb bölgələrinə endirdiyi intensiv zərbələrin məhz kürd qüvvələrinin quru hücumu üçün yol açmaq məqsədi daşıdığını ehtimal edirlər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı çərçivəsində paytaxt Tehran daxil olmaqla, ölkənin bir sıra strateji əhəmiyyətli şəhərlərinə hava zərbələri endirilib./Qafqazinfo


SON XƏBƏRLƏR