• Bakı C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən şəxsin məhkəməsi oldu

CƏMİYYƏT

03 Mart 2026 | 18:12

Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən şəxsin məhkəməsi oldu

Bakıda həyat yoldaşını atası ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Nəcəfovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid A.S hadisənin şahidi olmadığını deyib:

"Ədil mənim bacanağım olub. Həmin gün həyat yoldaşım Mariana zəng elədi ki, Ədil yerdə uzanıb qalıb. Mən o ailə ilə mübahisəli olduğum üçün getmək istəməsəm də getdim. Onun içkili olduğunu zənn elədim. Mən qonşu oğlanla birlikdə, qayınatamı arabaya qoyduq, sonra Nuranə ilə Ədili evə qoyub qayıtdım. Qayınatamla danışmırdım deyə evə onlarla birlikdə getmədim. Səbəb o idi ki, Nəcəf  kişi üstümə bıçaq çəkmişdi, polislik olmuşduq. Bir müddət keçəndən sonra Nuranə qışqıra-qışqıra zəng elədi ki, Ədil ölür. Dedim "Ölürsə, "təcili yardım"a zəng eləyin da, mənə niyə zəng edirsininiz?".

Şahid L.Ə. təqsirləndirilən şəxs olan Nuranə Məhərrəmovanın  kirayə qaldıqları evin sahibinin qızı olduğunu bildirib:

"Həmin gün evdə anamla mən vardıq. Qəfildən qışqırıq səsləri gəlməyə başladı: qadın və uşaq səsləri bir-birinə qarışmışdı. Birdən bir kişi səsinin "Sən allah, eləmə" deyə yalvardığını eşitdim. Ardınca kimsə əlini çırparaq divarlara  vururmuş kimi səslər  gəlməyə başladı.  Qorxduğum üçün ora yaxınlaşa bilmədim. Sonra polislər gəldi, dedilər qapı pəncərəni bağlayıb içəridə qalın. Atam danışırdı ki,  Ədil həyətdə bir dəfə onunla danışanda "Bunlar məni öldürməsə əl çəkən deyillər" - demişdi. 

Məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib. 

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 

Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb. 

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. 

Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.

Hər iki şəxsə qarşı qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə)maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR