Gəncədə ehtiyatda olan polis polkovnik-leytenantı Elşən Elçiyev vəfat edib.
Bakıvaxtı.az Gencexeber.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Elşən Elçiyev daxili işlər orqanlarında uzun illər xidmət göstərib. O, Gəncə şəhərində, eləcə də Göygöl və Samux rayonlarında müxtəlif məsul vəzifələrdə çalışıb.
Mərhum həmçinin Balakən Rayon Polis Şöbəsində İstintaq bölməsinin rəisi vəzifəsini icra edib.
Bakı 





