Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda "Dalğa Arena"da Şimali Makedoniyanı qəbul edən Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib.
Qolları 28 və 77-ci dəqiqələrdə kapitan Sevinc Cəfərzadə vurub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bakı 




