• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Nyukasl"ın futbolçusu Sandro Tonali "Real"a transfer ola bilər

İDMAN

01 Aprel 2026 | 19:54 | Müəllif: Subhan Mahmudov

"Nyukasl"ın futbolçusu Sandro Tonali "Real"a transfer ola bilər

İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Sandro Tonali İspaniyanın "Real" klubuna keçə bilər.

Bakıvaxtı.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, futbolçunun agentləri onu "Kral klubu"nun prezidenti Florentino Peresə təklif ediblər.

Tonali İngiltərədə qalmaq niyyətində olsa da, onun yaxınları La Liqa təmsilçisinə keçid variantını aktiv şəkildə nəzərdən keçirir.

Oyunçunun menecerləri onu 92 milyon avroya satmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Nyukasl"ın heyətində 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026