q
  • Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

"Qarabağ" "İmarət" və "Ordu"ya görə CƏRİMƏLƏNDİ

İDMAN

01 May 2026 | 14:04

Qarabağ İmarət və Orduya görə CƏRİMƏLƏNDİ

"Qarabağ" klubu 8000 manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

"Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR