q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Onkologiya Mərkəzində partlayış törədən şəxs QAZİ DEYİLMİŞ

CƏMİYYƏT

01 May 2026 | 12:08

Onkologiya Mərkəzində partlayış törədən şəxs QAZİ DEYİLMİŞ

Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olan və dünən baş verən partlayış hadisəsi ilə bağlı adı hallanan, 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevlə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə paylaşım edən Ədalət Verdiyev qeyd edib ki, ictimaiyyətdə həmin şəxsin müharibə qazisi kimi təqdim olunması düzgün deyil.

Onun bildirdiyinə görə, Mübariz Əliyev 2006–2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, lakin səfərbərlik zamanı orduya çağırılmayıb və müharibə iştirakçısı və ya müharibə əlili statusuna malik deyil.

Paylaşımda həmçinin bəzi xaricdə fəaliyyət göstərən media resursları tənqid olunaraq, onların müxtəlif neqativ hadisələr zamanı müharibə iştirakçılarının adını hallandırmaqla ictimai rəyə təsir etməyə çalışdığı iddia edilib.

Ə. Verdiyev vətəndaşları yayılan məlumatlara ehtiyatla yanaşmağa, yalnız rəsmi və etibarlı mənbələrə istinad etməyə çağırıb.

Qeyd olunub ki, baş verən hadisə xoşagəlməzdir və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidir.

Murad İsmayıl


SON XƏBƏRLƏR

30 Aprel 2026