ABŞ Prezidenti Donald Tramp Əli əl-Zaidinin İraqın baş naziri postuna növbəti namizədliyinin irəli sürülməsini dəstəkləyib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth Social"da yazıb.
"Əli əl-Zaidini İraqın növbəti baş naziri postuna irəli sürülməsi münasibətilə təbrik edirik! Biz ona İraq üçün daha işıqlı gələcək təmin edə biləcək, terrorizmdən azad yeni hökumətin formalaşdırılması işində uğurlar arzulayırıq", - paylaşımda bildirilir.
Tramp yeni hökumət dövründə Vaşinqton və Bağdadın əlaqələri möhkəmləndirəcəyinə ümid etdiyini bildirib: "Biz İraqla Birləşmiş Ştatlar arasında möhkəm, dinamik və son dərəcə səmərəli yeni münasibətləri səbirsizliklə gözləyirik. Bu, xalqlarımız arasında möhtəşəm yeni fəslin - əvvəllər heç vaxt görünməmiş rifah, sabitlik və uğurun başlanğıcıdır".
Xatırladaq ki, aprelin 27-də İraq Şiələrinin Koordinasiya Şurası Əli əl-Zaidinin ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb.
Bakı 




