• Bakı 16° C

    7.85 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İrandan xəbərdarlıq: Qaydaları pozan gəmilər hədəfimiz olacaq

DÜNYA

30 May 2026 | 22:55

İrandan xəbərdarlıq: Qaydaları pozan gəmilər hədəfimiz olacaq

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsinin İslam Respublikasının silahlı qüvvələri tərəfindən "tam qətiyyətlə və tam nəzarət altında" həyata keçirildiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bəyanatda vurğulanır ki, bütün ticarət gəmiləri, mülki gəmilər və neft tankerləri yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməli və keçid üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindən icazə almalıdırlar.

Qərargah xəbərdarlıq edib ki, bu qaydaların hər hansı şəkildə pozulması gəmiçiliyin təhlükəsizliyinə ciddi təhdid yarada bilər.

Bundan əlavə, İran tərəfi xarici hərbi gəmilərin Hörmüz boğazından keçən nəqliyyata müdaxilə etmək və ya gəmiçiliyə mane olmaq cəhdlərinin düşmənçilik hərəkətləri hesab ediləcəyini və İran silahlı qüvvələri tərəfindən hədəf alınacağını bildirib.


SON XƏBƏRLƏR

30 May 2026