• Bakı 22° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək

DÜNYA

29 Iyun 2026 | 20:00

Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək

Fransa və Oman gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına qoşulmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heytəm bin Tariq Al Səidlə danışıqların yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.

"Biz Yaxın Şərqdə gərginliyin azaldılması üzərində birgə işləyirik. Dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazı vasitəsilə azad və şərtsiz gəmiçiliyə zəmanət vermək üçün boğazın minalardan təmizlənməsi əməliyyatlarının aparılmasında tərəfdaşlarımızla əməkdaşlıq etmək qərarına gəldik", - o yazıb.

Makronun sözlərinə görə, bu gün Oman və Fransa həmçinin ikitərəfli tərəfdaşlığı gücləndirməyə xidmət edən iqtisadi, elmi, mədəni və sənaye sahələrində bir sıra tarixi sazişlər bağlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR