• Bakı 27° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Venesuela XİN İran səfirinə etiraz notası təqdim edib

DÜNYA

29 Iyul 2026 | 16:48

Venesuela XİN İran səfirinə etiraz notası təqdim edib

Venesuela Xarici İşlər Nazirliyi İranın Karakasdakı səfiri Əli Çeqini nazirliyə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Məlumata görə, etiraz notasının təqdim edilməsinə səbəb İran rəsmilərinin Venesuela dövlət institutları və hakimiyyəti barədə "aşağılayıcı və yolverilməz" hesab edilən açıqlamaları olub.

    Bəyanatda qeyd olunub ki, İrandan Venesuela Bolivar Respublikasının ləyaqətini, suverenliyini, dövlət institutlarının bütövlüyünü və nüfuzunu sarsıda biləcək bütün ifadə və müqayisələrə son qoyması tələb edilib.

    Qeyd edək ki, söhbət İranın xarici işlər naziri Abbas Əraqçinin "Mehr" agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən gedir. O, müsahibəsində "Bu, Venesuela deyil ki, bir nəfəri aparan kimi hamı qorxub geri çəkilsin", - deyə bildirmişdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR