• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb

DÜNYA

29 Iyun 2026 | 22:51

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5 mindən çox insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolivar Respublikası parlamentinin spikeri Xorxe Rodriqes bildirib.

"Ölənlərin sayı 1719-a, yaralıların sayı isə 5034 nəfərə çatıb", - o, jurnalistlərə deyib.

Daha əvvəl 1430 nəfərin həlak olduğu bildirilmişdi.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026