Litvanın Qeydiyyat Mərkəzinin sistemindən xarici işlər naziri Kyastutis Budrisə və ailə üzvlərinə aid məlumatların oğurlandığı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir açıqlama verib.
Onun sözlərinə görə, sızdırılan məlumatlar dövlət reyestrlərində saxlanılan şəxsi məlumatlardır. Hazırda Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən 600 mindən çox qeydiyyat məlumatının, o cümlədən şəxsi identifikasiya kodlarının qanunsuz əldə edilməsi ehtimalını araşdırır.
Budris bildirib ki, oğurlanmış məlumatların ölkəyə qarşı fəaliyyət göstərən qüvvələrin əlinə keçməsi ciddi narahatlıq doğurur.
Məlumat sızmasından zərər çəkənlər arasında Litva Prezidenti Gitanas Nauseda da var.
Prezident daha əvvəl hadisəni düşmən dövlətlərin mümkün fəaliyyəti kimi qiymətləndirmişdi.
Bakı 




