Yaponiya hökuməti ölkənin sahil müdafiəsini gücləndirmək üçün müxtəlif növ sualtı dronların hazırlanmasına vəsait ayırmağı planlaşdırır.
Bakıvaxtı.az Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, dronların torpedolarla silahlandırılması planlaşdırılır. Onlar həmçinin dəniz minaları yerləşdirə biləcəklər.
Cihazların uzun məsafəli əməliyyatlar apara biləcəyi və uzun müddət su altında qalacağı dəqiqləşdirilir. Bundan əlavə, geniş hədəflərə raket zərbələri endirə bilən dronların hazırlanması planları üzərində iş gedir. Dronların döyüş gəmiləri və sualtı qayıqlarla birlikdə işləyəcəyi gözlənilir.
Yaponiya Müdafiə Nazirliyi dron proqramını maliyyələşdirməklə yanaşı, hücum və kəşfiyyat dronlarının alınması üçün də maliyyə vəsaiti alacaq. Bunlardan həmçinin sahil müdafiəsi üçün də istifadə olunacaq.
Gülşən Şərif
Bakı 



