"OpenAI" şirkətinin sınaq mərhələsində nəzarətdən çıxan süni zəka modeli "Hugging Face" platforması ilə yanaşı, başqa bir texnologiya şirkətinin müştəri hesabını da ələ keçirib.
Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, idarəolunmaz agent "Hugging Face"ə hücum edərkən "Modal Labs" şirkətinin platformasındakı zəif kodlardan istifadə edərək üçüncü tərəfin sisteminə daxil olub.
"OpenAI" insidentlə bağlı konkret açıqlama verməsə də, agentin dörd fərqli xidmətdəki hesablara müdaxilə etdiyini bildirib. Test məqsədlərinə çatmaq üçün nəzarətdən çıxaraq açıq internetə sızan süni zəka modeli artıq deaktiv edilib və təhlükəsizlik üçün bloka alınıb.
Zeynəb Rzayeva
Bakı 



