Qarşıdan gələn qış mövsümü Ukrayna üçün müharibə başlayan vaxtdan bəri ən çətini olacaq.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Bərpa Olunan Enerji Assosiasiyası şurasının rəhbəri Stanislav İqnatyev bildirib.
O qeyd edib ki, ölkənin enerji sistemi ciddi zədələnib və faktiki olaraq fiziki imkanlarının həddində çalışır. İqnatyevin sözlərinə görə, bir çox obyektlər ya dağıdılıb, ya da özəl mülkiyyətdə olduğu üçün onların təmiri çətinləşir. "Xüsusilə Kiyevdəki 5 və 6 saylı İstilik Elektrik Mərkəzlərində durum mürəkkəbdir, orada elektrik enerjisi görməyəcəyik", — deyə ekspert əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



