• Bakı 26° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Türk Hava Yolları Minskə uçuşları bərpa edir

DÜNYA

28 Iyul 2026 | 17:12

Türk Hava Yolları Minskə uçuşları bərpa edir

Türk Hava Yolları 21 sentyabrda Minskə uçuşları bərpa edəcək.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Minsk Milli Aeroportunun mətbuat xidməti açıqlama yayıb.

Açıqlamaya görə, 21 sentyabrdan etibarən İstanbul-Minsk-İstanbul marşrutu üzrə müntəzəm uçuşlar həftədə 6 dəfə yerinə yetiriləcək. 6 oktyabrdan etibarən isə uçuşların tezliyi həftədə 7 uçuşa qədər artırılacaq.

Qeyd edək ki, Türk Hava Yollarının Minskə uçuşları 24 fevral 2022-ci ildə dayandırılıb və sonradan dayandırma bir neçə dəfə uzadılıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR