• Bakı 27° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Nigeriyada vəba qurbanlarının sayı artır

DÜNYA

28 Iyul 2026 | 15:04

Nigeriyada vəba qurbanlarının sayı artır

Nigeriyanın Plateau əyalətində vəba epidemiyasından 14 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Plateau əyalətinin səhiyyə komissarı Nikolas Baamlonq bildirib.

Onun sözlərinə görə, ötən aydan bəri vəba epidemiyası ştatın Mangu bölgəsində yayılmağa davam edir. Baamlonq qeyd edib ki, bölgədə 441 şübhəli vəba halı aşkarlanıb, onlardan 26-sı təsdiqlənib.

Səhiyyə Nazirliyi yüksək hazırlıq vəziyyətindədir və epidemiyanı nəzarətdə saxlamaq üçün təcili yardım tədbirlərini gücləndirib.

Nigeriya vəba epidemiyası səbəbindən 26 iyun 2024-cü ildə "milli fövqəladə vəziyyət" elan edib.

Vibrio bakteriyalarının yaratdığı, qida və su vasitəsilə ötürülən vəba ishal, sonrakı susuzluğa səbəb olur. Müalicə olunmazsa, xəstəlik ölümcül ola bilər.

Nigeriyada təmiz suyun olmaması və səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və çiçək virusu epidemiyaları da tez-tez müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Nigeriya Afrikada vəbadan ən çox təsirlənən ölkələr arasındadır.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR