Mingəçevirdə kafedə baş verən mübahisə dava ilə nəticələnib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində yerləşən kafedə baş verib.
İlkin məlumata görə, mübahisə zəminində Yevlax şəhər sakini, 39 yaşlı Xəyal Rəsulov döyülərək başına bokal çırpılıb. Xəstəxanaya çatdırılan X.Rəsulov baş qulaq nayihəsindən əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Murad İsmayıl
Bakı 



