• Bakı 27° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Sahibə Qafarova Efiopiyaya gedib

SİYASƏT

28 Iyul 2026 | 15:11

Sahibə Qafarova Efiopiyaya gedib

Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.

Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR