• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski Trampla görüşün təfərrüatını AÇIQLADI

DÜNYA

28 Iyul 2026 | 20:42 | Müəllif: Subhan Mahmudov

Zelenski Trampla görüşün təfərrüatını AÇIQLADI

Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasındakı görüş məhsuldar olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat verib.

"Ukraynalıların həyatını qorumaq və sülhə nail olmaq üçün birlikdə gördüyümüz bütün işlərə görə təşəkkür edirəm. İlk növbədə Prezident Trampa Lindsi Qrehemin vəfatı ilə bağlı başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi. Prezidentlə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin lisenziyalı istehsalını və kömək edə biləcək bəzi digər ideyaları müzakirə etdik", – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, görüşdə diplomatiya məsələləri də müzakirə olunub.

"Diplomatik prosesi sürətləndirmək vacibdir. Komandalarımız gələcək əməkdaşlığın detallarını razılaşdıracaq. ABŞ-a qətiyyətli dəstəyinə görə minnətdaram", –Zelenski vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026