ABŞ-nin paytaxtı Vaşinqtonda yüzlərlə nümayişçi İsrailin Baş naziri Binyamin Netanyahunun həbs olunmasını tələb edərək Ağ Evə doğru yürüş keçirib.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, aksiyaçılar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində çıxardığı həbs qərarının icrasını tələb ediblər.
Nümayişçilərin bir hissəsi Netanyahunun şam yeməyi yediyi otelin lobbisinə daxil olaraq ona qarşı şüarlar səsləndirib, daha sonra təhlükəsizlik qüvvələri tərəfindən uzaqlaşdırılıblar. Qeyd edək ki, BCM 2024-cü ildə Netanyahu barəsində həbs qərarı çıxarıb.
Zeynəb Rzayeva
Bakı 



