Son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan dəyişkən və küləkli hava şəraiti iyul ayının ümumi iqlim xüsusiyyətləri üçün xarakterik olmasa da ayrı-ayrı dövrlərdə sinoptik şəraitlə əlaqədar güclü küləkli hava şəraiti qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeorologiya Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib:
"Belə ki, meteoroloji müşahidə məlumatlarına əsasən, 2015-ci il iyulun 1-2-də Bakıda şimal küləyinin maksimal sürəti 30 m/s, 2023-cü il iyulun 29-da isə 32 m/s-yə çatıb".
G.Məmmədovanın sözlərinə görə, ümumiyyətlə, iyul ayında Bakı şəhərində isti hava şəraiti hakim olur:
"Bu ayda havanın temperaturu gecə saatlarında 22-24°, gündüz isə 30-35° isti təşkil edir".
Bakı 



