Moldova Hökuməti Dnestr çayında suyun səviyyəsinin kəskin düşməsi ilə əlaqədar ölkədə 30 günlük həyəcan rejimi elan edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, qərar çayın yuxarı axınındakı hidroloji təhlükə ilə bağlı verilib.
Ətraf Mühit Nazirliyindən bildirilib ki, Karpat dağlarında az yağıntı düşməsi səbəbindən Ukraynanın Novodnestrovsk su anbarında suyun səviyyəsi rekord həddə enib. Hazırda Kişinyov və digər şəhərlərin içməli su təminatını qorumaq üçün iki ölkə arasında danışıqlar aparılır.
Qeyd edək ki, Baş nazir Vasile Tofan bu addımın qabaqlayıcı tədbir olduğunu bildirib. Eyni zamanda, hökumət ölkədəki yanacaq qıtlığı səbəbindən energetika sahəsində də həyəcan rejimi tətbiq edib.
Zeynəb Rzayeva
Bakı 



