Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci il oktyabrın 1-dən 2026-cı il iyunun 30-dək Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalar nəticəsində Əfqanıstanda 499 mülki şəxsin həyatını itirdiyini bildirib.
Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) açıqlama yayıb.
Məlumata görə, həmin dövrdə baş verən döyüşlərdə 1216 mülki şəxs isə yaralanıb.
Qeyd edək ki, Əfqanıstan Pakistan ilə aralarındakı sərhəd xətti sayılan Durand xəttini rəsmən tanımır. Bundan əlavə, İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda sığınaraq hücumlar təşkil etdiyini bildirir və zaman-zaman Əfqanıstan ərazisinə hərbi əməliyyatlar keçirir. Qabil isə bu iddiaları rədd edir və hücumlara cavab verir.
Zeynəb Rzayeva
Bakı 



