Cənubi Koreyada yerləşən ABŞ-ın Osan Hərbi Hava Qüvvələri bazasında ağ fosfor sızması qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə axşamı Osan bazasının ərazisində baş verib. Sızma ilə əlaqədar bazanın yaxınlığında yaşayan sakinlər üçün təxliyə xəbərdarlığı elan olunub.
Hadisənin səbəbi, eləcə də zərərçəkənlərin olub-olmaması barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, yüksək toksikliyə malik olan ağ fosfor əsasən hərbi sursatlarda istifadə olunur və oksigenlə təmasda olduqda öz-özünə alovlana bilir.
Bakı 



