ÇSKA-nın Azərbaycandakı oyunu məni yaxşı mənada təəccübləndirdi. Komanda yaxşı oynadı. Bundan əvvəl "Derri Siti" ilə oyun barədə şərh verməyin mənası yox idi. Çünki səma altında cəhənnəm idi.
Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan futbolunun tanınmış simalarından olan Georgi Georgiyev deyib.
O bildirib ki, "Qarabağ" deyildiyi qədər qorxulu komanda deyil və ÇSKA rəqibini keçə bilər:
"İndi daha çətin hissə - Sofiyadakı cavab oyunu qabaqdadır. Məncə, eyni şəkildə, hətta bir az daha aqressiv oynamalıyıq. Çünki "Qarabağ"ın o qədər də möhtəşəm olmadığı aydın oldu. Onlar mediada inanılmaz dərəcədə qorxulu rəqib kimi təbliğ olunurdu. Amma qorxulu bir şey görmədim. "Qarabağ"ın üç-dörd yaxşı oyunçusunu gördüm. Ümumilikdə, matç bərabər keçdi, bəzən hətta SSKA da üstünlük qazandı. Cavab oyununda qalib gəlməliyik ki, bu da uzun bir payız üçün perspektiv açacaq".
G.Georgiyev Sofiya təmsilçisinin mərhələ keçmək şansını də dəyərləndirib:
"ÇSKA Azərbaycanda yaxşı oyun keçirib və Avropa Liqasının üçüncü mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var. İndi ən vacib şey budur. Sakitlik, döyüş ruhu, özünəinam – bu, əvvəlki matçlarda yox idi.
Cavab oyununa eyni şəkildə yanaşmaq lazımdır. “Qarabağ” təzyiq altında olduqda çox səhv etdiklərini göstərdi. Komandamız tamaşaçılardan böyük dəstək alacaqlar. Ümid edirəm ki, qalib gələrlər".
Qeyd edək ki, ÇSKA - “Qarabağ” matçı iyulun 30-da Sofiyada keçiriləcək. Komandaların Bakıdakı ilk görüşündə qolsuz heç-heçə olub.
Bakı 



