• Bakı 28° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Neftimiz ucuzlaşdı

İQTİSADİYYAT

28 Iyul 2026 | 09:41

Neftimiz ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,15 ABŞ dolları və ya 6,95 % azalaraq 95,58 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 90,55 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,27 ABŞ dolları və ya 7,4 % azalaraq 91,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026