• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ukrayna Kurskda Rusiyanın "Forpost"unu vurdu

DÜNYA

27 Iyul 2026 | 21:10 | Müəllif: Subhan Mahmudov

Ukrayna Kurskda Rusiyanın "Forpost"unu vurdu

Ukrayna ordusu Rusiya ərazisində, Kursk vilayətinin səmasında idarəolunan sursat daşıya bilən ağır "Forpost-R" zərbə-kəşfiyyat pilotsuz uçuş aparatını vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

Onun sözlərinə görə, iyulun 27-də Pilotsuz Sistemlər Qüvvələrinin pilotları 4,3 km hündürlükdə lazerlə idarə olunan KAB-20 aviasiya bombalarını daşıyan PUA-nı aşkar edərək məhv ediblər. Bu əməliyyat Ukraynanın "Çaklun-KM" adlı PUA-tutucusu vasitəsilə həyata keçirilib.

O qeyd edib ki, "Forpost-R" çox nadir hədəf hesab olunur. Bu, tammiqyaslı müharibə başlayandan bəri məhv edilməsi təsdiqlənən altıncı belə PUA-dır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026